Formula 1 biletlərini artıq 24 ölkədən alıblar

“Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 24 ölkədən yarışlara biletlər alınıb”. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, 2016-cı il dekabrın 1-dən 2017-ci il yanvarın 31-ə qədər bilet satışında endirim kampaniyasıdır:
“İndiki mərhələdə yarışlara 24 ölkədən bilet alınıb. Rusiyadan, Avropa ölkələrindən biletləri daha çox alırlar. Ərəb ölkələrindən də yarışlara maraq çox böyükdür. Hesab edirik ki, konsert proqramını elan edəndən sonra biletlər daha çox alınacaq".
Şöbə rəhbəri qeyd edib ki, ötən illə müqayisədə bu il dünya ölkələrindən yarışa maraq daha böyükdür:
"Çünki yarış keçən il Bakıda ilk dəfə keçirilirdi. Hazırda bilet satışı ötən ildəkindən daha çoxdur. Bu da bizi çox sevindirir”.
N.Arpadarai vurğulayıb ki, bu dəfə də maraqlı konsert proqramı təşkil olunacaq, dünya ulduzları ölkəmizə dəvət olunacaqlar.
N.Arpadarai Formula-1 yarışının keçirilməsi ilə bağlı bütün işlərin plana uyğun aparıldığını bildirib:
“Tikinti işlərinə mart ayından sonra başlanılacaq və mərhələli şəkildə həyata keçiriləcək. Könüllülərin cəlb olunması, təbliğat ilə bağlı işlər də plana uyğun olaraq davam etdirilir”.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











