"Formula-1" bolidləri Bakıdadır

“Formula-1” yarışlarında istifadə olunacaq avtomobillər (bolidlər) artıq Bakıya gətirilib. Paytaxtın yarış keçirilən küçələri bağlanıb və yaxın yollarda da yarışa hazırlıqlar gedir. Avtosfer.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, “Formula-1” yarışlarına hazırlaşan Bakı küçələri, demək olar ki, tamamilə boşaldılıb və təhlükəsizliyin təmin olunması məqsədilə ərazdə polis nəzarəti gücləndirilib. Yol kənarındakı işlərin tamamlanması məqsədilə bu gecədən Bakı Şəhər Halqasının əhatə etdiyi bütün yollar bağlanacaq. Artıq yarışı izləmək üçün gələn qonaqlar da Bakıdadır. Yarışı izləmək istəyən tamaşaçılar üçün ayrılan sektorlar da hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, trass boyu 9 əsas müvəqqəti tribuna tamaşaçıların ixtiyarına veriləcək. Pit-stopun qarşısında yerləşən 5 mərtəbəli tribuna əsas tribuna hesab olunur. Burada tamaşaçılar üçün 5000 oturacaq nəzərdə tutulub. Üstəlik, yarışı izləmək istəyən əlil tamaşaçılara 24 yer ayrılıb.
Tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb. Bundan əlavə, şəhərin mərkəzində təcili yardım avtomillərinə də rast gəlinir.
"Formula-1" Şəhərciyinin olduğu Bulvar ərazisinə giriş də iyunun 15-də gecə saat 00:00-dan etibarən bağlanıb. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-da günorta saat 12:00-da aradan qaldırılacaq. "Formula-1" yarışına bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-sı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.
İyunun 16-da, günorta saat 12:00-dan etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.
Xatırladaq ki, Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











