Formula-1-də eyvandan baxanlara 900 manat cərimələnəckmi?

Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Formula 1” yarışlarının keçiriləcəyi günlərdə ərazidə yaşayan sakinlərin öz evlərinin eyvanından baxmalarına görə 900 manat məbləğində cərimələnəcəklərinə dair iddialara aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə N.Arpadarai deyib ki, ərazidə yaşayan sakinlər öz eyvanlarından yarışı izləyə bilərlər: "Bununla bağlı hər hansı qadağa və cərimə nəzərdə tutulmayıb. Bunun əksini deyənlər isə yalan məlumat yaymaqla məşğuldur”.
Buna abxmayaraq N.Arpadarai cərimənin ola biləcəyini istisna etməyib: "Dövlət qurumları tərəfindən həmin binaların sakinləri ilə bir-bir söhbət aparılıb. Mən bildiyim qədəri ilə vətəndaşlar eyvandan aşağı nə isə qəsdən, təhlükə törətmək məqsədi ilə atacağı təqdirdə cərimə oluna bilərlər. Amma eyvandan oturub yarışa baxmağa görə heç bir qadağa və cərimə yoxdur”.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











