“Formula 1-dən imtina etsək, bizi 100 milyon cərimələyərlər” - VİDEO

“Formula 1 tərəfindən tərtib edilən müqavilədə nəzərdə tutulub ki, 5 il biz bu yarışı keçirməliyik. Əgər hansısa bir ildən sonra bu yarışı keçirməkdən imtina etsək 100 milyon dollaradək cərimələnə bilərik”. Avtosfer.az xəbər verir ki, bu sözləri ANS TV-nin “Hesabat” verilişində Gənclər və İdman naziriAzad Rəhimov deyib. Artıq yarışlara baxmaq üçün 2 milyondan çox biletin satıldığını söyləyən nazir biletlərin 70%-nin yerli əhali, 30%-nin isə xarici vətəndaşlar tərəfindən alındığını bildirib. Çəkilən xərclərə toxunan Azad Rəhimov yarışlara sərf edilən üzvlük haqqının kommersiya sirri olduğunu, yalnız Formula 1 rəhbərliyinin bu rəqəmləri açıqlayacağı təqdirdə söyləmək iqtidarında olduğunu qeyd edib. Onun sözlərinə görə, bu günə qədər asfalt örtüyünün dəyişilməsinə ölkəmiz 12 milyon manat sərf edib. “Formula 1”in əməliyyat şirkətinin büdcəsinin isə 100 milyon manatı aşmayacaq.
Azad Rəhimov ölkəmizdə insanların “Formula 1” yarışlarına münasibətindən danışarkən bildirib ki, bu, spesifik idman növüdür: "Onun xüsusi azarkeşləri var. Bu yarışları izləmək üçün bütün dünyanı gəzirlər. Azərbaycanda isə əksinə çox az adam tapılar ki, bu idman növü ilə dərindən tanış olmuş olsun. Bu mədəniyyət ölkəmizdə sıfırdan yaranmalıdır. Bu idman növü opera-balet kimi bir şeydir - ya sevirsən, ya da sevmirsən”.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











