Formula 1-ə görə bu sürücülərə fərqlənmə nişanının verilməsinə başlanıldı - DİQQƏT - VİDEO

Bakı Şəhər halqası ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün avtomobil nişanları bəlli olub. Formula 1 yarışları ilə əlaqədar hərəkətin məhdudlaşdırılacağı 3 zonaya giriş üçün lazım olan nəqliyyat nişanları rəqəmlərdən və loqolardan ibarətdir. Belə ki, 1-ci zonaya, yəni İçərişəhərə giriş üçün birinci nəqliyyat nişanı, 2-ci,yəni Azadlıq meydanı və ətraf ərazilər üçün 2-ci nəqliyyat nişanı, BMT-nin 50 illiyi küçəsinə daxil olmaq üçün 3-cü nəqliyyat nişanı avtomobilin ön şüşəsinə yapışdırmaq vacibdir. Nəqliyyat nişanları mayın 30-dan iyunun 13-dək təqdim olunacaq. 1-ci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 2-ci və 3-cü zonaya aid olan nişanlar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilir. 1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə yarısından səhər 6-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi, 2-ci zonaya giriş Azadlıq prospekti, 3-cü zonaya giriş isə Şəlalər parkı tərəfdən olacaq Nəqliyyatın idarə olunması planı da məlumdur. Planda mavi rənglə göstərilən küçələrdə nəqliyyatın hərəkətinə icazə veriləcək. Lakin parklanma qadağan olunacaq.
Yarış ərəfəsində Dənizkənarı Milli Parkın ərazisində də məhdudiyyətlər olacaq. Yəni, bulvar ərazisi azneft meydanından dəniz vağzalına kimi bağlı olacaq. Məhdudiyyət iyunun 15-i gecə saat 01:00-dan iyunun 20-si günorta saat 12:00-dək davam edəcək.
Emin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











