Formula 1-in son işləri yoxlanıldı

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarışlar üzrə direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edərək Avropa Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasının hazırlıq işlərini yoxlayıb. Avtosfer.az xəbər verir ki, şirkətdən anspress-ə verilən məlumata görə, Vaytinq son işləri tamamlanmaqda olan şəhər trekindən razı qaldığını deyib:
“Sonuncu səfərimdən sonra həyata keçirilən hazırlıq işləri məni çox sevindirir. Trekdə yekunlaşmış işlərin həcminə baxdıqda, sözün yaxşı mənasında, təəccüblənirəm. Biz təxminən 4-5 saat vaxt sərf edərək trekin hər bir qarışını yoxladıq. Ümumiyyətlə, trekdə bu günə qədər başa çatan işlərin keyfiyyəti çox yüksəkdir və şəxsən öz adımdan qeyd etmək istərdim ki, bir həftədən sonra burada keçiriləcək tədbirdə iştirak etməyi həyəcanla gözləyirəm”.
Məlumatda qeyd olunub ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2016-cı il Formula 1 Avropa Qran Prisinin təşkili ilə bağlı lazımi hazırlıq tədbirlərinin böyük əksəriyyətini müvəffəqiyyətlə başa vurub və son tamamlama işlərini iyunun 16-dan əvvəl başa çatdırmaq niyyətindədir.
Hökumət Evinin qarşısındakı Paddokda yerləşən Pit binasının, o cümlədən Beynəlxalq Avtomobil Federasiyası (FİA), Formula Bir Rəhbərliyi (FOM), Bakı Şəhər Halqası və tədbirin digər təşkilatçıları üçün nəzərdə tutulan inzibati binaların inşası artıq yekunlaşıb. Qeyd olunan binalarda texniki avadanlığın quraşdırılması işlərinin artıq son mərhələsi həyata keçirilir.
Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi Fernando Alonsodur. 17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. Yarış 20 müxtəlif çətinlikli döngə və 6 km-lik uzunluğu olan 51 dövrədə tamamlanacaq.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











