Formula 1-lə bağlı İçərişəhərdə tədbirlər keçiriləcək - VİDEO
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışları ərəfəsində İçərişəhərdə “İçərişəhər Formula 1-in gözü ilə” və “Meydan Bazarı” adlı tədbir keçirəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Tədbir İçərişəhərdə, Qoşa Qala qapısı qarşısındakı meydanda iyunun 11, 12, 18, 19, 25 və 26-da təşkil olunacaq.
“Meydan Bazarında” Azərbaycanda mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika və taxtaoyma sənəti nümunələrinin, eləcə də zəngin milli mətbəxin sərgi-satışı təşkil olunacaq.
Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











