Formula 1 pilotları azərbaycanca ancaq bu sözü bilirlər - "Salam, Bakı"

"Bakıda ilk dəfə olduğum üçün məmnunam. Komanda yoldaşım da, mən də həyacanlıyam". "Report" xəbər verir ki, bunu Formula 1 üzrə "Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo iyunun 17-də Bakıda start götürəcək Avropa Qran Prisi ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. 27 yaşlı idmançı ilk dəfə gəldiyi Bakı haqda hələ 2012-ci ildə eşitdiyini və bundan sonra məlumat toplamağa başladığını söyləyib: "Daha kiçik şəhər gözləyirdim, amma paytaxtınız çox böyükdür. Bir çox insanlar düşünür ki, hər gün məşqlərdə oluruq. Amma bu, belə deyil, səyahətlərimiz çox olur. İstirahətə, dincəlməyə ehtiyac var". D.Rikkardo Avropa Qran Prisindəki iddialarını açıqlayıb: "Düşünürəm ki, bu trekdə 350 km/saat sürət əldə edə biləcəyik. Bir çox Qran Prilər geridə qalıb. Bakıda podiuma qalxmaq üçün yaxşı çıxış etməliyik. Bakı treki çox gözəldir. Komanda yoldaşım hər zaman rəqabət aparırıq. Qalib gəlmək üçün cəhd edirsən. Bakıdakı yarışda da bir-birimizə qarşı mübarizə aparacağıq. İyunun 19-da çox yumşaq təkərlərdən istifadə edəcəyik. Bu yeni trekdir və yumşaqdır. Düşünürük ki, doğru seçimdir. Hazırkı lider "Mercedes" çox güclü komandadır və hər kəs ona qalib gəlməyə çalışır. Onlar bizim üçün çox ciddi rəqibdir. Ümidvarıq ki, bu yarışda onları qabaqlayacağıq".
Komandanın digər pilotu Maks Ferstappen Bakı haqda bunları bildirib: "Atam 2012-ci ildə Bakıda çıxış edirdi. Bu şəhər böyük potensiala malikdir. Belə olmasını gözləmirdim, çox maraqlı trek var. Yeni trek və yeni yarışmadır. Hər hansı bir komandada sürprizlər ola bilər. Ancaq düşünürəm ki, müsbət nəticələr əldə edə bilərik".
M.Ferstappen çempion olmaq istəyindən də söz açıb: "İlk olaraq bundan zövq alıram. Ola bilər ki, qalib olaq. Amma maksimum nəticə qazanmaq üçün var gücümüzlə çalışmalıyıq. Bu da bizi çempionluğa aparacaq. Fikrimcə, bu trekdə qalib gəlmək şansımız çoxdur. Şəhər trekləri daha çətin olur. Çünki döngələrdə ehtiyatlı olmalısan. Digər rəqiblərə qalib gəlməyə çalışacağıq".
"Azərbaycan dilində hansı sözü bilirsiniz?" sualına hər iki pilot "Salam, Bakı" deyərək cavab verib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











