Formula 1 üçün Bakıya gələnlər daha çox 5 ulduzlu otellərdə yerləşdirilirlər
Avtoreyd 18 İyun 2016 11:40 Oxunub 971
Formula 1 üçün Bakıya gələnlər daha çox 5 ulduzlu otellərdə yerləşdirilirlər
Qonaqlar otellərlə yanaşı, "Atletlər kəndi"ndə də yerləşdiriliblər

""Formula 1" yarışını izləmək üçün Bakıya gələn qonaqlar daha çox 5 ulduzlu otellərdə yerləşdirilirlər". Avtosfer.az xəbər verir ki, bunu trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, qonaqlar otellərlə yanaşı, "Atletlər kəndi"ndə də yerləşdiriliblər.

M.Ağakərimov bildirib ki, hazırda Bakıda 150-dən çox otel var. Onların 20-dən çoxu 5, qalanları 4 və 3 ulduzludur. Bakıdakı bütün otellərin qonaq qəbul etmə imkanının olduğunu deyən M.Ağakərimov qonaqların yerləşdirilməsi ilə bağlı heç bir problemin olmadığını da söyləyib: "5 ulduzlu otellər, demək olar ki, dolub. Burada yerlər əvvəlcədən bronlaşdırılıb. Hətta yerlərin bəziləri zəmanətlə bronlaşdırılıb, yəni pulu əvvəlcədən ödənilib".

Assosiasiya rəsmisinin sözlərinə görə, əgər bundan sonra əlavə qonaqlar gələrsə, onların da yerləşdirilməsi ilə bağlı heç bir problem olmayacaq. Həmin qonaqları 3, 4 ulduzlu otellərdə yerləşdirmək mümkün olacaq: "Bizim digər otellərdə kifayət qədər yerimiz var. Digər tərəfdən, bizim "Atletlər kəndi"miz və digər yerlər var. Azərbaycanın beynəlxalq tədbirlər keçirmək baxımından böyük təcrübəsi var, bütün təşkilati məsələlər əvvəlcədən yüksək səviyyədə təşkil olunub".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh