“Formula-1” yarışlarına hazırlıqla bağlı görüş keçirilib - FHN-də

Bakıda keçiriləcək 2016-cı il “Formula-1” Avropa Qran-prisi yarışlarına hazırlıq çərçivəsində iyunun 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri arasında qarşılıqlı əlaqələrin təşkili mövzusunda görüş keçirilib.
FHN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, tədbirdə FHN-in “Formula-1” yarışları zamanı təhlükəsizliyə cavabdeh əməkdaşları və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində məqsəd yarışlar zamanı qarşılıqlı fəaliyyətin daha dəqiq əlaqələndirilməsi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub.
FHN-in “Formula-1” üzrə əlaqələndiricisi polkovnik Cavanşir Həşimov görülən işlərdən danışıb, belə tədbirlərin keçirilməsinin yarışlar öncəsi əməkdaşların nəzəri biliklərinin artırılmasına kömək edəcəyini vurğulayıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Əməliyyat Departamenti obyektlərin idarə edilməsi üzrə mütəxəssisi Ləman Həsənova, Departamentin idman üzrə menecerinin müavini Vladislav Vorapayev, Təhlükəsizlik Departamentinin təhlükəsizlik üzrə koordinatoru Məsturə Ədilova “Formula-1” yarışları zamanı FHN xilasediciləri ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb, yarışlar müddətində baş verə biləcək hər hansı bir hadisəyə operativ reaksiya verilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Sonda yarışlarda təhlükəsizliyə dair fotoslaydlar göstərilib, suallar cavablandırılıb.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











