Formula 1 yarışlarına tibbi hazırlıq vəziyyətini qiymətləndirib - Xarici məsləhətçi

Formula 1 yarışı dövründə idmançılara və onların heyətlərinə tibbi xidmətlərin göstərilməsi üçün əsas kliniki xəstəxana kimi istifadə olunacaq Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) yaradılan vəziyyətlə tanış olmaq üçün Formula 1 yarışları üzrə tibbi briqadanın Bəhreyndən olan məsləhətçisi Amcad Obeyd Azərbaycana gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Xarici məsləhətçi yaradılan vəziyyətlə tanış olmaq üçün xəstəxanaya baxış keçirib. O, hazırlıq işlərindən - ən son avadanlıqlarla təchiz edilmiş xüsusi palatanın şəraitindən razı qaldığını bildirib.
A.Obeydin səfəri yaxın iki gün ərzində yekunlaşacaq.
Xəstəxanadan bildirilib ki, Azərbaycanda "Avropa Qran-Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında Formula 1 yarışlarına hazırlıq məqsədilə Səhiyyə Nazirliyinin (SN) tapşırığı ilə MNX tərəfindən bir neçə ay davam edən hazırlıq işləri başa çatıb.
"Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən, Formula 1 Bakı "Grand Prix" ilə əlaqədar MNX-da Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin nəzdində tibbin ən son avadanlıqlarla təchiz edilmiş xüsusi şəraitli palata yaradılıb.
Palatada Türkiyə və Qərb istehsalı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb. Həmçinin, MNX-nın digər müvafiq şöbələrinin palatalarında hazırlıq işləri tamamlanıb.
Keçiriləcək yarışlarla əlaqədar MNX-nın Təcili tibbi yardım xidmətinin (TTYX) 10 həkim və 10 tibb bacısı Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən təşkil edilmiş xüsusi tibbi təlimlərdə, MNX-nın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin iki həkim-reanimotoloqu və iki tibb bacısı Türkiyənin Ankara şəhərində yerləşən yanıq mərkəzində təlim keçiblər.
Həmçinin, MNX-da SN tərəfindən dəvət olunmuş Türkiyənin Yanıq Mərkəzinin professoru doktor Ahmet Çinar Yastı həkim heyəti və 103 təcili yardım xidməti üçün xüsusi seminar və məşğələlər keçirib, təcili hallarda koordinasiya, ixtisaslaşdırılmış ilk yardım sistemi hazırlayıb. Dünən isə tibb işçiləri üçün son təlim keçirilib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











