"Formula-1"ə dəstək yarışları başa çatıb - FOTO

Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Formula-1" yarışlarına dəstək" aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə birinciliyə yekun vurulub. Azərbaycan Velosiped İdmanı Federasiyasından Avtosfer.az-a verilən məlumata görə, final mərhələsi Ağ Şəhər Bulvarında təşkil edilən yarışda rayon birinciliklərində ilk 3 yeri tutmuş 36 komanda mübarizə aparıb. Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət komandalar estafet sistemi üzrə mübarizə aparıblar. Nizami rayonu 251 saylı orta məktəbin komandası ən yaxşı vaxt göstəricisi ilə çempion olub. Xətai rayonu 29 saylı orta məktəbin komandası 2-ci yerlə kifayətlənib. İlk üçlüyü Səbail rayonu 132 saylı orta məktəbin velosipedçiləri tamamlayıb. Qalib kollektivlər medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.
Fidan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO



























