Gəncədə reyddə gərgin anlar: “Ə, o yanı çək, taksi deyiləm” – VİDEO

Gəncədə qanunsuz taksi fəaliyyəti göstərənlərə qarşı reyd keçirilib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, məqsəd taksi sürücülərinin qanun çərçivəsində fəaliyyət göstərməsinə nail olmaqdır. Sürücülər min bir bəhanə ilə məsuliyyətdən yayınmağa çalışıblar. Bəzi sürücülər maşının üzərindəki “taxi” nişanını götürməklə reyddən yayınmağa çalışıblar. Amma təbii ki, hava şəraitilə bağlı nişanın altında yaranmış iz belələrini müəyyən etməyə imkan verib. DYP-nin Gəncə şöbəsinin əməkdaşlarının da iştirak etdiyi yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilib. Bir neçə nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. Oqtay Məmmədov - Avtomobillə Sərnişindaşıma İdarəsinin şöbə rəisi: “Bu reydlər mütəmadi davam edəcək. 15 qeyri - qanuni fəaliyyət göstərən taksi sürücüsünə inzibati qaydada cərimələr tətbiq olundu. 30-a yaxın sürücünü isə fərqlənmə nişanı almağa cəlb etdik. Buradan səslənirəm - fərqlənmə nişanı alaraq taksi fəaliyyətilə məşğul olsunlar, bir də taksi duracaqları nişanları olan yerlərdə dayansınlar”. Avtomobillə Sərnişindaşıma İdarəsinin məlumatına görə, hazırda Gəncədə 600-dən çox sürücü taksi kimi fəaliyyət göstərir ki, bunlardan da son bir ayda yalnız 100 nəfəri fərqlənmə nişanı alıb.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











