Göyçayda reyd zamanı 140 sürücü cərimələnib – FOTO

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, piyada, sərnişin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülər arasında reyd keçirilib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Göyçay şəhərinin mərkəzi küçələrində, xüsusilə də piyadaların və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə keçirilən reyd zamanı qayda pozuntularına yol vermiş sürücülər barəsində inzibati qaydada tədbirlər görülüb. Keçirilən reyd zamanı sürücülük hüququ olmayan, sənədsiz avtomobil idarə edən, həmçinin tətbiq olunan cərimələri ödəməyən sürücülərə qarşı inzibati qaydada tədbir görülüb. Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor İlkin Məmmədov bildirib ki, reyd zamanı qaydaları pozan 38 sürücü barədə protokol tərtib olunub. Ötən bir həftə ərzində reydlər zamanı avtomobili sərxoş idarə edən, sürücülük hüququ olmadan sükan arxasında oturan, yol hərəkət qaydalarını kobud şəkildə pozan 140 sürücü aşkar edilərək cərimələnib. Rayon ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir. Qəzaların sayının minimuma endirilməsi məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO















