Keşiş sürücünü xaçla döydü - VİDEO

Dünən Rusiyanın Novosibirsk şəhərindəki "Qalereya Novosibirsk" ticarət mərkəzinin yaxınlığında qalmaqal baş verib. Yerli sahibkar Vadim Malsev "Toyota" avtomobili ilə dayanacağa gedə bilməyib. Onun qarşısını "Nissan" kəsib. Milli.az Uralİnform-a istinadən bildirir ki, V.Malsev "Nissan"ın sürücüsündən yol verməsini istəyəndə mübahisə başlayıb. Opponentini yerindən tərpənməyə vadar etmək üçün Malsev yivaçanı çıxarıb və "Nissan"ın təkərini deşəcəyini deyib. Buna cavab olaraq "Nissan"ın sürücüsü söyüş söyməyə başlayıb. Az sonra isə "Nissan"ın arxa oturacağından keşiş çıxıb və "Toyota"nın sürücüsünü xaçla vurmağa başlayıb.
Hadisə yerinə gələn polis dalaşanları ayırıb. Davaya qatılan keşişin Novosibirsk yeparxiyasının sabiq iqumeni Feodosi (Aleksandr Çerneykin) olduğu aşkarlanıb.
Ona keşiş paltarı geyinmək və keşiş xaçı daşımaq yasaqlansa da, Feodosi bu yasaqlara əhəmiyət vermir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











