Avtosfer.az | Reklam
Köhnə maşının sürücüsü reyd zamanı yol polisini şoka saldı – FOTOLAR
Avtoreyd 25 Avqust 2017 11:14 Oxunub 27964
 Köhnə maşının sürücüsü reyd zamanı yol polisini şoka saldı – FOTOLAR
Nizami rayonunda keçirilən reyd zamanı həm cərimə yazılıb, həm də təbliğat aparılıb

Nizami rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində təmiz hava ayılığı ilə bağlı reyd keçirib. Reyd çərçivəsində təkcə zəhərli qazları çox olan avtomobillər deyil, qayda pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən, cərimələri vaxtında ödəməyən sürücülər də saxlanılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib. 

YPX əməkdaşları əsasən ixrac etdiyi qazların miqdarı artıq olan avtomobilləri saxlayaraq onlar barədə cərimə tərtib ediblər. İstismar qaydalarını pozan əsasən “VAZ” və “OPEL” markalı avtomobillər olub. 

Reyd zamanı maraqlı bir hal yaşanıb. Bu hətta YPX əməkdaşlarının da marağına səbəb olub. Belə ki, saxlanılan ili köhnə “QAZ 31” markalı avtomobilin qaz ixracını yoxlayan zaman normadan da az qaz ixrac etdiyi məlum olub. Belə ki, norma 2.5 kub olsa sözügedən avtomobildə bu 0.6 kub olub. Hətta sürücü zarafatla buna necə nail olduğunun sirr olduğunu deyib. Digər sürücülərin də istəsələr bunu edə biləcəklərini vurğulayıb. 

Lakin ili daha təzə olan “VAZ 2107” markalı avtomobildə isə əksinə zəhərli qazların ixrac miqdarı 7 kub təşkil edib ki, rayon ərazisində aşkar olunan ən yüksək göstəricidir. Sürücü buna etiraz etsə də onun iştirakı ilə ili daha köhnə olan 5  “VAZ” tipli avtomobilə baxış keçirilib. Onlardan yalnız birində normativ tələblər pozulub ki, bu da 2.8 kub olub ki, bu da 3 kubu aşmadığı üçün normalara yaxındır. 

Sürücülərin bir qismi yanacağın keyfiyyətinin aşağı olmasını əsas gətirərək zəhərli qazların miqdarının artıq olmasını bununla əlaqələndiriblər. Lakin elə onların iştirakı ilə ili daha köhnə olan, amma normativ tələblərə cavab verən, hətta aşağı olan avtomobillər də aşkarlanıb. Yalnız bundan sonra həmin sürücülər narazılıq etməyiblər. Bu isə bir daha sübut edir ki, avtomobilə lazimi qulluq olmayanda hətta ili təzə olsa belə qüsurları olur. 

Ümumilikdə reyd zamanı 30 sürücü saxlanılaraq ekoloji testdən keçirilib ki, bunlardan da 15-nə normativ tələblərə cavab vermədiyi üçün protokol tərtib edilib. 

Bundan başqa 8 sürücü barəsində cərimələri vaxtında ödəmədiyi üçün barələrində protokol tərtib edilərək avtomobilləri duracağa aparılıb. Həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən 12 sürücü də cəzalandırılıb. 

Sərnişindaşıma və yükdaşıma qaydalarını pozan 7 sürücü də saxlanılaraq cərimələnib. Ümumilikdə isə reyd zamanı 50-ə yaxın sürücü barədə cəza tədbirləri görülüb. 

Qeyd edək ki, YPX əməkdaşları reyd zamanı maarifləndirmə işi də aparıblar. Sürücülərə yol hərəkəti və təhlükəsizlik qaydaları barədə tövsiyələr verilib. 

 

Elməddin Muradlı

Orxan Əli

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh