Krediti ödəməyənlərin cəzası ağırlaşdı - VİDEO

Kreditor borclarını ödəməkdən qəsdən yayınma ilə əlaqədar cərimələrin miqdarı artırıldı. Cinayət Məcəlləsinin 20-dən artıq maddəsinə edilmiş dəyişikliklərdən biri də kreditor borclarla bağlıdır. Dövlət iş adamlarının sahibkarlıq fəaliyyəti ilə daha rahat məşğul olmaları üçün şans yaratdı. Təşkilat rəhbəri və ya vətəndaşın qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, qəsdən müflisləşmə və digər hüquqpozmalara görə vurduğu ziyanın miqdarı min manatdan artıq olduqda o cinayət məsuliyyətinə cəlb olunurdu. Yeni dəyişikliklərə əsasən bu məbləğ əhəmiyyətli dərəcədə artırlıb.
Külli miqdar həddi yüz min manatla müəyyən olunub. Millət vəkilinin sözlərinə görə, sanksiyalarda konkret məbləğlər deyil, vurulmuş ziyanın müvafiq mislinə uyğun cərimələr müəyyən edilib. Xeyli miqdarla bağlı ziyanın 2-4 misli, külli miqdarda olduqda isə 3-5 misli məbləğində cərimələr müəyyən edilir.
Qanun cari ilin 1 iyundan qüvvəyə minəcək. Qanunun qüvvəyə minməsi ilə hazırda bu maddələr üzrə barələrində cinayət işlərinin istintaqı gedən şəxslər və məhkum edilmiş şəxslər məsuliyyətdən azad ediləcəklər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











