Lövhə yox, məlumat yox - Kəndləri necə tapaq - VİDEO

61 illik kəndin lövhəsi yoxdur. Avtosfer.az EL TV-yə istinadən xəbər verir ki, Azərbaycanda elə yaşayış məntəqələri var ki, həmin kənd və ya qəsəbəyə getsən belə, harada olduğunu bilmirsən. Həmin yaşayış məntəqələrinin girişində və ya çıxışında oranın adını bildirən lövhə olmur. Bu hal kənd və qəsəbələrə qonaq gələnlər üçün xüsusilə çətinlik yaradır. Elə Yevlax rayonunun bəzi yaşayış məntəqələrinin də giriş və çıxışlarında üzərində həmin kənd və qəsəbələrin adının yazıldığı lövhələr yoxdur. Misal üçün, rayonun Meyvəli qəsəbəsi 1955-ci ildə salınsa da, bugünədək ərazidə oranın adını bildirən lövhə qoyulmayıb. Rayonun Ərəbbəsrə kəndində də eyni vəziyyətdir. Bu kəndin adı lövhədə deyil, kiçik karton kağız üzərində yazılıb.
Rayonun Malbinəsi, Qoyunbinəsi və digər bir neçə kəndin girişindəki ad bildirən lövhələr yararsız vəziyyətdədir. Yevlax Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, is artıq rayon ərazisindəki 46 kəndin adlarının yazıldığı lövhələrin yenilənməsi işlərinə başlanılıb. Salahlı, Hürüuşağı və Kövər kəndlərində bu işlər yekunlaşıb. "İpək yolu üzərində olan bütün kəndlərin hamısına dəyişiklik edilib. Bu istiqamətdə işlər gedir", - deyə baş memar Xalid Əhmədov bildirib.
Kəndlərin ünvan lövhələrinin yenilənməsi işlərinin bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











