Maşından küçəyə zibil atanlar - 90 KO 732 - VİDEO

Avtomobildən küçəyə hər hansı bir əşya, zibil, siqaret kötüyü və s. atmaq qanunla qadağandır. 40 manat da cəriməsi var. Amma bu, inzibatidən başqa insandan bir mənəvi məsuliyyət də tələb edir. Bu əməli törədən sürücülərə ən azı mədəniyyətsiz adı vermək olar. Necə ki, çoxları elə bu cür də deyir.
Oktyabrın 15-də, saat 14:02-də, Səbail rayonu Xanlar küçəsində hərəkət edən “Mercedes” markalı, 90 KO 732 dövlət nömrə nişanlı avtomobildən küçəyə salofan torba atıblar. Ola bilsin ki, zibili sərnişin atıb və yediyi hansısa məhsulun torbasıdır.
Əlbəttə, bu cür şəxslərə qarşı inzibati tədbir görülməsi mütləq vacibdir. Çünki bu cür məsələlərdə inzibatçılıq olmayanda çoxları elə düşünür ki, məsuliyyətdən yaxa qurtara biləcəklər. Məsələn bir neçə il əvvəl təhlükəsizlik kəməri məsələsinə o qədər də önəm vermirdilər. Lakin cərimənin məbləği qalxdıqdan sonra sürücülərdə məsuliyyət də artıb.
Küçəyə hər hansı əşyanı atmağa görə sürücünü 40, sərnişini isə 30 manat cərimə gözləyir. Avtosfer.az olaraq videoda əks olunmuş avtomobilin sürücüsünün inzibati şəkildə cəzalandırılmasını istəyirik.
Orxan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











