Məşhur azərbaycanlı iş adamının oğlu yol qəzasında öldü – VİDEO

Ötən gün Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində baş verən ağır yol qəzası nəticəsində bir nəfər həyatını itirib.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, faciə Açinskdən Nazarovoya gedən yolda "Ulıbka" kafesi ərazisində baş verib.
İlkin fərziyyəyə görə, "Range Rover" markalı avtomobilin 26 yaşlı sürücüsü qarşı hərəkət zolağına çıxıb və orada "VAZ-2114" markalı avtomobil ilə toqquşub. Nəticədə yolsuzluq avtomobilinin sükanı arxasında olan gənc sürücü həyatını itirib, "Jiquli"nin 21 yaşlı sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Minik maşınlarında sərnişin olmayıb.
Hazırda hadisənin bütün təfərrüatları və qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, həyatını itirən gənc Rusiyada məşhur olan azərbaycanlı iş adamı Rüstəm Bayramovun oğlu Tural Bayramovdur. Bundan əlavə, Tural Bayramov özü "Kaspian servis" MMC-nin təsisçisi və baş direktoru idi. Sözügedən şirkət tikinti işləri ilə məşğul olub.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO




















