Milyonçunun oğlu yol qəzası törətdi: 4 ölü - VİDEO

Yunanıstanda ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza bazar günü günün ikinci yarısında Afina - Lamiya avtomagistralında qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən "Porsche" markalı avtomobil dayanacaqda park edilən "Honda Civic" maşınına çırpılıb. Hadisə nəticəsində dörd nəfər, o cümlədən 3 yaşlı uşaq həlak olub. Qəzaya səbəb olan "Porsche" markalı avtomobildə "Jumbo" supermarketlər şəbəkəsinin sahibi Apostolos Vakakisin oğlu Yorqos və dostu olub. Onlar da qəzada həlak olublar. Müşahidə kameralarının qeydlərinə əsasən, "Porsche"nin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında park yerində dayanmış digər maşına çırpılıb. "Honda"da olan 33 yaşlı qadın və 3 yaşlı uşaq həlak olublar. "Porsche"dəki şəxslərdən biri ön pəncərədən bayıra düşüb və aldığı zədələrdən keçinib, digəri isə maşında qalaraq yanıb. Avtomomagistralda maksimum icazə verilən sürət 120 km/saat olsa da, "Porsche"nin bu limiti aşdığı müəyyən edilib. KİV isə avtomobilin "ildırım sürətiylə uçduğunu" yazıb.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











