Mingəçevir şəhərində yol polisi reyd keçirdi - FOTO

Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri maşınlarını fərqli formaya salan, bundan başqa görməni məhdudlaşdıran kustar üsulla hazırlanan pərdədən istifadə edən, o cümlədən yol hərəkəti qaydaları kobud şəkildə pozan sürücülər saxlanılıb. Onlara inzibati protokol tərtib olunub.
Keçirilən reyd zamanı sürücülük hüququ olmayan, sənədləri yerində olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin cərmələrini ödəməyən sürücülərdə aşkarlanıb.
Reyddə qanunu pozan sürücülərlə Dövlət Yol Polisi əməkdaşları arasında mübahisələr də yaranıb. Hətda bəzi sürücülər polisin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişərək şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar. Ümumiyyətlə şəhərin müxtəlif hissələrində 3 saata yaxın davam edən yoxlamalar zamanı 30-a yaxın sürücüyə inzibati pratokol tərtib olunub və xəbərdarlıq edilib.
Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər isə yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərmələniblər.
Mingəçevir Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən reydlər mütamadi olaraq davam etdiriləcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO















