Mingəçevirin icra başçısının 001 nömrəli maşını trasda 180 getdi - VİDEO

Reportyor.tv saytı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovın xidməti avtomobilinin yüksək sürətlə hərəkət etdiyini göstərən video yayıb. Avtosfer.az-ın məlumatına görə, videodan əlavə, sözügedən sayt yazır ki, hadisə yanvarın 22-də baş verib. İcra başçısının 001 seriyalı xidməti avtomobili Bakıya doğru şütüyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Qeyd olunur ki, həmin ərazidə maksimal sürrət həddi saatda 90 km olsa da, başçının xidməti maşını sürəti ikiqat aşaraq 180-lə gedib. Bunu sübut etmək üçün həmin kadrları çəkənlər də öz avtomobilləri ilə başçının maşınının arxasınca eyni sürətlə hərəkət edərək özləri də qayda pozub. Lakin maraqlıdır ki, həmin şəxslər başçıya irad tutduqları halda özləri də qayda pozmuş oldular.
Çox güman ki, başçının xidməti avtomobilini sürücüsü idarə edir və cərimə də ona yazılacaq. Amma bu videonu çəkənlər də məsuliyyətdən kənarda qala bilməyəcəklər. Bu halda başçının sürücüsünə və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər.
Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov şəhərin icra başçısı Niyazi Bayramovla bağlı sosial şəbəkələrdə və mətbuatda yayılmış videodan danışıb. Birinci müavin Ölkə.Az-a açıqlamasında bildirib ki, icra başçısının 001 seriyalı xidməti avtomobilini həmin vaxt sürücüsü idarə edib: "Ola bilər sürətlə gedibsə, radara düşüb. Amma mən bilirəm ki, bizim icra başçısının sürücüsü maşını elə də çox sürətlə sürən deyil. İndi aydınlaşdırarıq. Sürücüdən savayı həmin avtomobili heç kim idarə etmir. Şəhər daxilində icra başçısının maşında olmamağı mümkündür. Ancaq şəhərdən kənardırsa, icra başçısı maşında olmaya bilməz. Dəqiq bilmərəm ki, olub, ya yox. Aydınlaşdırmaq lazımdır".
İlham İsmayılov əməkdaşımızla söhbətində qeyd edib ki, bu kimi məsələlərin ictimailəşdirilməsi doğru deyil: "İcra başçısının xidməti maşınıdırsa, bunun araşdırılmasına nə ehtiyac var? Xidməti maşın saatda 200-lə də radara düşə bilər. Bunu ictimailəşdirməyə nə ehtiyac var? Cəriməsi gələcək də. Burada qeyri-adi nə var ki? Vallah, mənə elə gəlir ki, elə şeylərə reaksiya vermək, sayta yerləşdirmək qətiyyən düzgün deyil. Sürüb sürüb də. Radara düşübsə, cəriməsi gələcək".
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO












