Banner

Nəqliyyat "qoçuları" YPX ilə birləşib sürücüləri "cərimələdi" - Qanunsuz reyd

Avtoreyd 13 Fevral 2018 15:51 Oxunub 6341
Nəqliyyat "qoçuları" YPX ilə birləşib sürücüləri "cərimələdi" - Qanunsuz reyd
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəqqlənmə nişanı tələb edib sonra da "filan otağa gəl dedilər"

Bu gün səhər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin çıxışında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları “qanunsuz sərnişin daşıyan sürücülərə qarşı” “reyd” keçiriblər. “Reyd” səhər saatlarında, pik vaxtda keçirilib və iki zolaqlı yolun bir hissəsi DANX və YPX əməkdaşlarının avtomobilləri tərəfindən tutulub. Eyni zamanda, saxlanılan avtomobillər də yolun hərəkət hissəsini kəsib vər tıxac yaranıb. Ən maraqlısı isə DANX işçilərinin YPX əməkdaşlarının köməkliyi ilə sürücülərin sənədlərini alması, özlərində saxlayaraq “filan otağa gələrsən, aydınlaşdırarıq” kimi sözləri olub.

Avtosfer.az-a müraciət edən İrşad Səmədov adlı sürücü bildirib ki, səhər iş gedən zaman idarə etdiyi 6+1 yerli avtomobildə özü və 2 iş yoldaşı olub. YPX əməkdaşı onu saxlayaraq sənədlərini tələb edib: “Mən sənədləri verdim. YPX əməkdaşı avtomobilimin texniki pasportunu alıb Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçisinə verdi. O da dedi ki, “gələrsən Ayna Sultanovada yer var, orda 12-ci otağa”. Mən bildirdim ki, cəriməm varsa yazın. Amma sənədimi qaytarmadan getdilər.”

Məsələ ilə bağlı yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, qeyd edilənlər özbaşınalıqdır: “Çox təəssüf ki, bu hallarda YPX əməkdaşları da iştirak edirlər. Bakı şəhəri ərazisində sərnişindaşıma ilə məşğul olan şəxslərə fərqlənmə nişanını Bakı Nəqliyyat Agentliyi verir. Bu fəaliyyətin qanunvericiliyin tələblərinin uyğunluğuna nəzarəti BNA və YPX birgə edə bilər.

Əvvəla, əgər hər hansı sürücü saxlanılırsa, bu, “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə uyğun olaraq konkret qayda pozuntusa yol verdiyi halda edilə bilər. Bu maddənin tələblərində “sürücü qanunsuz sərnişin daşıyır, yaxud taksi fəaliyyəti ilə məşğul olur şübhəsi” yoxdur. Ən pis halda sürücü qayda pozduğu təqdirdə YPX əməkdaşı onu saxlayarsa və həmin nəqliyyat vasitəsində taksi işarəsi olarsa, o zaman sənədlərin qaydasında olub-olmamasını soruşa bilər. Amma nə YPX, nə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları sürücü barəsində fərqlənmə nişanı olmasa belə inzibati protokol tərtib edə bilməzlər. Çünki fərqlənmə nişanının olmamasına görə yalnız vergi orqanları məsuliyyət tədbirləri tətbiq edə bilərlər”.

Ə.Hüseynov bildirib ki, sürücünün sənədinin alınması ümumiyyətlə yolverilməzdir. “Deyək ki, sürücü qayda pozub, fərqlənmə nişanı yoxdur və s. Buna görə heç kəsin sənədi götürülə bilməz. Nəqliyyat müfətişinə isə o sənədin heç bir dəxli yoxdur. O, sürücüdən sənəd ala bilməz. Bu özbaşınalığın ikinci hissəsidir.”

Ərşad Hüseynov bildirb ki, nəqliyyat müfətişlərinin “filan otağa gəlin” deyə sürücünu harasa dəvət etməsi korrupsiya şübhəsi yaradır. “Burada hansısa korrupsiya əməli şübhəsi yaranır. Tövsiyə edirəm ki, həmin adamlar bununla bağlı müvafiq quruma müraciət etsinlər.”

Ekspert bildirib ki, reyd keçirilməsi ilə bağlı hər hansı hüquqi əsasın olmaması bu sahənin açıq qalmasına səbəb olub: “Eyni zamanda reyd adı ilə nəqliyyat müfətişlərinin, eləcə də YPX əməkdaşlarının avtomobillərini yolun hərəkət hissəsində saxlamaq, eləcə də digər nəqliyyat vasitələrini saxlayaraq hərəkətdə olan sürücülərə maneə yaratmağın özü kobud qayda pozuntusudur. Buna yol verən əməkdaşlar barədə tədbir görülməlidir”.

Qeyd edək ki, sözügedən “reyd” zamanı DANX əməkdaşları 99 AK 280, YPX əməkdaşları 99 YP 242 dövlət nömrə nişanlı avtomobildə olub.

Şikayətçi redaksiyamıza zəng edərək sənədəni götürmək üçün deyilən otağa getdiyini bildirdi. "Dedilər ki, ya bizimlə işləməlisən, ya da cərimə yazırıq. Mən də dedim ki, mən işləmirəm. Qəbz verdilər ki, 51 manat cərimə ödəməlisən. Məcburi olaraq ödədim ki, sənədimi götürüm."

Sürücü deyir ki, bir kağız verdilər getdim banka. orda göstərdim. 50 manat verdim mənə bank qəbzi verdilər.

Qeyd edək ki, DANX heç bir halda sürücüyə cərimə yazmaq səlahiyyətində deyil. 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh