Nömrəsi yararsız halda olan maşın paytaxt küçələrində belə şütüyür - VİDEO

Hərəkətdə olan avtomobilin dövlət nömrə nişanı görünmür. Görüntü Bakıda, Xətai rayonu ''NZS'' qəsəbəsində çəkilib. Kadrlardan görünür ki, ''Vaz-21099'' markalı avtomobilin arxa nömrəsi yararsız vəziyyətə düşüb. Nömrədə yalnız son iki rəqəm, yəni 40 görünür. Nömrənin seriyası və əvvəlindəki rəqəmlər aydın deyil. Amma bu hal sanki sürücünü maraqlandırmır. Baxmayaraq ki, qanunla avtomobilin dövlət nömrə nişanı istisimar müddətini başa vuranda və ya qəzalarda yararsız vəziyyətə düşəndə sürücü mütləq onu yenisi ilə əvəz etməlidir. Çünki həmin sürücü avtomobillə hansısa qayda pozaraq hadisə yerindən uzaqlaşsa, arxadan onu müəyyən etmək çətin olar.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, avtomobilinin nömrə nişanı pozulan sürücülər mütləq qaydada Baş Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat imtahan şöbəsinə müraciət etməlidir. Bir cüt nömrənin dövlət rüsumu 22 manatdır. Əgər sürücü özü bilərəkdən avtomobilin dövlət nömrə nişanına müdaxilə edərsə, yəni seriyasında və rəqəmləri dəyişdirərsə onda cərimə daha çoxdur.
Kamran Əliyevin sözlərinə görə, sürücülər arasında belə faktlara ara-sıra rast gəlinir.
Bir çox sürücü istismar müddəti bitən nömrəni özləri kustar üsulla bərpa etmək istəyirlər. Şöbə rəisi Kamran Əliyev bunun da qanuın pozuntsu olduğunu deyir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











