Ölkə bu görüntüdən danışır - VİDEO

Silahlı nəzarətçilərin keşik çəkdiyi həbsxanandan helikopterdən sallanaraq qaçdılar. İzlədiyiniz bu görüntülər hansısa hollivud filmindən götürülməyib. Film kimi hadisə Kanadanın Kvebek şəhərindəki təcridxanalardan birində qeydə alınıb.Hadisə bir müddət əvvəl baş versə də, Kvebek məhkəməsi olayın görüntülərini yeni yayımlayıb. Yerli medianın məlumatına görə, Billi Budua və Stiven Matyö Markizio icarəyə götürdükləri helikopteri oğurlayaraq birbaşa təcridxananın üstünə sürüblər. Burda helikopterdən kəndir atan oğrular həbsxananın həyətində onları gözləyən Deni Provensal və Bencamin Hudon-Barbonu qaçırmağa çalışıblar. Məhbusların ilk cəhdi uğursuz alınsa da, kəndirdən möhkəm yapışaraq helikopterlə birgə ərazidən uzaqlaşıblar.
Keşikçilər nə baş verdiyini müşahidə etsə də, qaçmaqda olan məhbuslara atəş açmayıblar. Pilotlar həbsxanadan bir az uzaqlaşdıqdan sonra məhbusları əvvəlcədən park edilmiş avtomobilin yanında düşürüblər.
Cinayətkarlar bir müddət polisdən gizli saxlansalar da, sonradan tutularaq həbsxanaya qaytarılıblar. Helikopterlə həbsdən qaçış planı o qədər də nadir deyil. Bir çox ölkələrdə zəngin məhbuslar qaçırılmış helikopterlə azadlığa qovuşsa da, bu sərbəstlik o qədər də uzun çəkməyib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











