Pilotsuz helikopter uğurla sınaqdan keçirildi - VİDEO

Avtoreyd 3 İyun 2016 02:35 Oxunub 1457
Pilotsuz helikopter uğurla sınaqdan keçirildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Matrix” sisteminin əsas müəlliflərindən biri “Lockheed Martin” şirkətidir

ABŞ-ın “Sikorsky” şirkəti helikopterlərin pilotsuzlaşdırılması ilə bağlı “Matrix” uçuş sistemini sınaqdan keçirib. İKT.lent.az-ın “N+1” portalına istinadən verdiyi xəbərə görə, təcrübi pilotsuz helikopterin test uçuşlarından birinin videosu da yayılıb. “Matrix” sisteminin əsas müəlliflərindən biri “Sikorsky”nin daxil olduğu “Lockheed Martin” şirkətidir. Sistem 30*30*60 sm konteynerə yerləşən proqram-aparat kompleksidir. Məsafədən idarəetmə sisteminə malik helikopterə “Matrix”in quraşdırılması çox sadədir və az vaxt tələb edir. 

“S-76” mülki helikopterinin bazasında hazırlanmış SARA (Sikorsky Autonomy Research Aircraft) helikopterinin sınaqları zamanı hər ehtimala qarşı içəridə olan pilotlar maşını tamamilə planşet vasitəsilə idarə edib. Qalxma və enmə tam avtonom rejimdə gerçəkləşib. Helikopter əvvəlcədən proqrama yüklənmiş marşrut üzrə uçub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh