Polisin cərimə yazdığı qız anasına zəng etdi - VİDEO

Piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən xanım polisə tabe olmaq istəməyib. Gənc qız dərhal anasına zəng edib. Bir müddət bu şəkildə müqavimət göstərsə də sonda polisin cəriməsindən qaça bilməyib. Görüntülər günorta saatlarında paytaxtın Nəsimi rayonu Azadlıq prospektində lentə alınıb. Metronun ''28 may'' stansiyası yaxınlığındakı ticarət mərkəzindən çıxan piyadalar yolda nəqliyyatın hərəkətinə mane olduğundan bir müddət əvvəl bura işıqfor qurulub. Daha da maraqlısı işıqforun müvafiq göstəriciləri həm də səsli şəkildə elan olunur, piyadalara 'keçin" ya da ''gözləyin'' xəbərdarlığı edilir.
Amma görünən odur ki, bir çoxları işıqfora məhəl qoymur, avtomobillərin intensiv hərəkət etdiyi yoldan keçməyə can atırlar.
Ərazidə xidmət aparan polislərin sözlərinə görə gün ərizində burda 120-150 piyada barəsində pratakol tərtib edilir. Onlar "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələbini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun 20 manat cərimə olunurlar.
Bakı şəhər Dövlət Yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə ilin əvvəlindən aprel ayının sonuna qədər 371 min piyada qanunsuz yerdən keçdiyinə görə cərimə olunub.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











