Qarabağ əlili 22 ildən sonra "BMP-2"-ni belə idarə elədi – VİDEO

Birinci Qarabağ müharibəsinin iştirakçısı, bir ayağını itirmiş keçmiş döyüşçü üstündən 22 il keçməsinıə baxmayaraq döyüş texnikasını idarə etməyi unutmayıb. Müharibə veteranlarının sıralarında ön cəbhəyə səfər edən, Saatlı rayonundan olan Mürşüd Məmmədov protez ayaqla olmasına rəğmən ən çətin şəraitlərdə yerləşən mövqelərə qalxıb. Daha sonra poliqona gələn M. Məmmədov hərbi hissənin istifadəsində yer alan BMP-2 piyada döyüş maşınının sürücü-mexanik yerinə əyləşərək, heç bir yardım olmadan modernizə edilmiş texnikanı idarə edib. BMP-2 maşınını notmativlərdən tez işə salan və onunla manevrləri yerinə yetirən M. Məmmədovun bacarığı yüksək rütbəli zabitlər tərəfindən də alqışlarla qarşılanıb.
Müharibə veteranı texnikanın döyüş zamanı idarə edilməsi, ona texniki qulluğun göstərilməsi barədə təcrübəsini gənc heyətlə bölüşüb
M.Məmmədov bildirib ki, 22 ildən sonra müharibə zamanı idarə etdiyi piyada döyüş maşınına əyləşib onu idarə etməsi onu çox təsirləndirib. O, BMP-2 və BMP-3 tipli döyüş maşınlarını da idarə etməyi bacardığını bildirib: “Mən maşına əyləşəndə onda bir doğmalıq, doğma iy duydum. Özümü bir anlığa 22 il əvvəldə hissə elədim. Elə zənn elədim ki döyüşə – şəhid dostlarımın qisasını almağa gedirəm. Allah mənə bu maşının sükanı arxasında döyüşçü dotlarımla, komandirimlə birgə torpaqlarımızı işğaldan azad etmək imkanını, xoşbəxtliyini nəsib etsin”.
“AzeriDefence”
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO












