Qaşınması tutan sürücü və ya qəzanı belələri törədir – VİDEO

Sentyabrın 11 də Bakıda təhlükəli hərəkətlər edib sürücülərə qəza şəraiti yaradan 90-VH-855 qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az-ın oxucularından birinin kamerasına düşüb. Belə ki, Abdulvahab Salamzadə küçəsində 60 km/saat sürət təşkil olunmasına baxmayaraq bu sürücü hərəkət sürətini aşaraq qarşıdakı avtomobili sağdan ötür. Sonra iki zolağın ortasıyla gedib qarşıdakı avtomobillərin arasından keçmək istəyir. Buna imkan yaranmadığını görən intizamsız sürücü qarşıdakı avtomobillə ara məsafəsini pozaraq ona işıq siqnalı ilə xəbərdarlıq edib yoldan çəkilməyi tələb edir. Sürücü bunun əhəmiyyətsiz olduğunu görüb yenidən hərəkət sürətini aşaraq qarşısındakı avtomobili sağdan ötdü. Ötmə etdikdən sonra sol zolağa keçərək həmin sürücünün qarşısında qəfil əyləci sıxıb acığını çıxır.
Yolda bu cür mədəniyyətsizlik yolverilməzdir. Bu cür intizamsılığın axırı ağır yol nəqliyyat hadisələriylə bitir. Amma görünür ki,bu cür hadisələrdən sürücülər bir nəticə çıxarmır. Bu sürücü isə dəfələrdə qayda pozur, təhlükə yaradır, başqalarını saymır və deməli, “avtoş”luq edir...
Qeyd edək ki, video çəkilən avtomobili qadın sürücü idarə edib. Düzdür, o da yol hərəkəti qaydalarını pozur. Lakin "Mercedes" sürücüsünün onu sıxması, qarşısına keçib tormoz verməsi lap ədəbsizlikdir.
Təbriz
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











