Qəbələdə ekoloji reyd: 100-dək avtomobil yoxlandı - VİDEO
Avtoreyd
15 Avqust 2017 16:14
Oxunub 2230
Bir neçə sürücünün avtomobili isə cərimə meydançasına aparılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarəsi və Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının birgə iştirakı ilə Qəbələ rayonunun ərazisində «Təmiz hava» aylığı çərçivəsində reyd keçirilib. Reyd zamanı 100-dək avtomobilin havaya buraxdığı dəm qazının normaya uyğunluğu yoxlanılıb. Dəm qazını havaya normadan artıq buraxdığına görə 22 avtomaşının sürücüsü barəsində inzibati qaydada cərimə tətbiq olunub. Polisin tələblərinə riayət etməyən, habelə, sənədləri qaydasında olmayan bir neçə sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR