Qəzalı hala düşən piyada keçidi niyə təmir edilmir? - VİDEO

Külli miqdarda dövlət vəsaiti xərclənərək inşa edilmiş keçid məsuliyyətsizlik, ya da ehtiyatzılıq nəticəsində yararsız hala düşüb. Xocahəsən-Lökbatan yolunun 2-ci kilometriliyində yerləşən piyada keçidinin yararsız vəziyyətə düşməsinə təxminən bir il əvvəl yük maşınının kuzovu açıq keçməsi səbəb olub. Bu qədər vaxt keçməsinə baxmayaraq hələ də təmir olunmayıb. Piyadaların istifadə etməməsi üçün keçidin giriş hissələri bağlanıb. Onlar da məcbur olub keçiddən yox yoldan keçirlər. Asfalta piyada zolağı çəkilməsinə baxmayaraq əksər sürücülər buna əhəmiyyət vermirlər. Bu isə, piyadalar üçün təhlükə deməkdir.
Piyada keçidinin hələ də qəzalı vəziyyətdə olması sürücülər üçün də təhlükə yaradır.
''Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, piyada keçidinə xeyli miqdarda ziyan dəyib. Qurum dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











