Qubada 45 sürücüyə protokol yazıldı - VİDEO

Qubada hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində qayda pozan 45 sürücü barəsində inzibati cəza tədbirləri görülüb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, onlardan ikisi sürücülük hüququ olmadan, biri isə sərxoş halda maşını idarə etdiyi üçün cəzalandırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının II tağımının əməkdaşları ölkəmizin əsas turizm zonalarından sayılan Qubada və Xaçmazda yay aylarında hərəkətin intensivliyi xeyli artdığından belə reydləri mütəmadi olaraq həyata keçirirlər. Reyd zamanı avtomobilə əlavə avadanlıq quraşdıran, qadağan olunan yerdə ötmə əməliyyatı edən və sürət həddini aşan sürücülərə daha çox rast gəlinib. Tağım komandiri Arzu Nurəliyev bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Bu kimi reydlərin keçirilməsində məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxararaq onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











