Qubada reyd keçirilib, 50-dən çox sürücü cərimələnib - FOTO

Quba rayonunda reyd keçirilib. Avtosfer.az "Report"a istinadən məlumatına görə, Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin keçirdiyi reyd zamanı saxla əmrinə tabə olmayan sürücülər isə sonradan saxlanılaraq cərimə meydançasına aparılıb. Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. İstirahət mövsümü ilə əlaqədar əhalinin bir hissəsi şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Yol polisi sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyə edib. Qubaya gələn sürücülərə sürücülərin təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələrinin vacibliyi tövsiyə olunub.
Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin təbliğat üzrə eksperti Azad Əsədov bildirib ki, vətəndaşlar yola çıxarkən avtomobillərinin texniki sazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Reyd zamanı 50-dən çox sürücü cərimələnib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO













