Reyd zamanı gərginlik - “Əlimdə işim var” - VİDEO

Respublika ərazisində atmosferi çirkləndirən sürücülərə qarşı tədbirlər davam etdirilir. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, növbəti reyd ucqar dağ rayonu olan Gədəbəydə keçirilib. Yoxlamalar zamanı 10-dan çox avtomobildə texniki nasazlıq aşkarlanıb. Gədəbəy rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava" aylığı çərçivəsində rayonun müxtəlif ərazilərində, reydlər keçiriblər. Bir neçə saat davam edən reyd zamanı göstəriciləri normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər. Avtomobilləri texniki tələblərə cavab verməyən sürücülər yazılan 50 manatlıq cərimə protokolunu birmənalı qarşılamayıblar. Etirazlara baxmayaraq sürücülərə qanunun tələbləri izah olunmaqla barələrində müvafiq tədbir görülüb. Ümumilikdə gün ərzində 30-a yaxın avtomobil yoxlanılıb. 12 avtomobilin havanı çirkləndirdiyi müəyyən edilib.
“Qoy gedib işimizi görək. Əlimdə işim var. Xarabdır deyə aparıb qapıya ataq?”, - sürücülərdən biri deyib.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları texniki cəhətdən saz vəziyyətdə olmayan avtomobil sürücülərinə bir daha xəbərdarlıq edərək onları qaydalara əməl etməyə çağırırlar.
Reydlər avqustun sonunadək davam edəcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











