Saatda 340 km sürətlə – Formula 1 həyəcanı - VİDEO

Avtoreyd 2 İyun 2016 14:28 Oxunub 3846
Saatda 340 km sürətlə – Formula 1 həyəcanı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bakıda unudulmaz şou olacaq”

Azərbaycanın 19 yaşlı Formula 3 pilotu Gülhüseyn Abdullayev GP3 seriya yarışlarına məxsus avtomobildə Bakı Şəhər Halqasını 4 dövrə vuraraq treki sınaqdan keçirib.  İyunun 17-19-da keçiriləcək Formula 1 Avropa Qran Prisində iştirak edəcək Gülhüseyn Abdullayev deyib ki, “Bakı Şəhər Halqası həm yavaş, həm də sürətli döngələrin kombinasiyasından ibarətdir: “Trek çox gözəl qurulub. Digər şəhər treklərindən fərqli olaraq genişliyi də yetəri qədərdir. Qoşa Qala qapısı ətrafındakı 8-10-cu döngələr çox maraqlı idi, gəldi. İnanıram ki, bütün Formula 1 pilotları bu yarışı səbrsizliklə gözləyirlər və buradan razılıqla ayrılacaqlar”. Avropa Qran Prisinin rəsmi elçisi Gülhüseyn Abdullayev Formula 1-in ən yeni şəhər trekini ilk dəfə sınaqdan keçirən pilotdur. Bakı trekinin dizayn edən Formula 1 treklərinin memarı olan Herman Tilkedir. Uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Start meydançası, əsas tribuna və pit-stop nöqtəsi Bakının Azadlıq meydanı olacaq. 

Fernando Alonso: “Bakıda unudulmaz şou olacaq”

Formula 1 yarışlarının ikiqat dünya çempionu, Bakıdakı Avropa Qran Prisinin səfiri Fernando Alonso da Bakı treki barədə fikirlərini xarici media ilə bölüşüb. Eturbonews.com saytına açıqlama verən ispaniyalı pilot hesab edir ki, Bakıdakı tras digərlərinə bənzəmir, çox seçilir: “Burda ötmə əməliyyatı və digər hərəkətlərin icrası, eləcə də 340 km/saat sürətlə hərəkət etmək üçün imkanlar var. Digər şəhər traslarında bu imkanlar yoxdur. Onlar əsasən dar olduğu üçün pilota ötmə şansı vermir”. 

Fernando Alonso onu da qeyd edib ki, Bakı treki Azərbaycan paytaxtın mərkəzi küçələrindən başlayaraq şəhərin qədim məkanlarına doğru yol alır: “Bakıda keçiriləcək yarış heyrətamiz tras və maraqlı teleşou kimi iki vacib faktoru özündə birləşdirir. Fikrimcə, tamaşaçılar dünyanın ən sürətli küçə trasında saatda 300 kilometdən artıq sürətlə şütüyəcək avtomobillərə heyran qalacaqlar. Bu, ən sürətli küçə trekidir və unudulmaz şou olacaq”.

Vurğulanıb ki, dünya üzrə milyonlarla azarkeş televizor ekranları qarşısında Bakının tarixi mərkəzinin gözəlliyini görə biləcəklər.

Bakının Formula 1 şəhər yolu “F1 2016” oyununda

Bu arada Bakının “Baku City Circuit” şəhər yolu “F1 2016” kompüter oyununa daxil edilib. Oyun “Codemasters” avtosimulyatoru tərəfindən hazırlanıb. Şirkətin anonsunda deyilir ki, oyunda virtual təhlükəsizlik maşını və Bakıda keçiriləcək Avropa Qran-prisinin yeni yolu olacaq. “Codemasters” oyunun buraxılma tarixini açıqlamayıb.

 http://avtosfer.az/upload/news/145626.jpg

http://avtosfer.az/upload/news/6b3ebc.png

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh