Sərnişinlərin diqqətinə - Bu avtobuslar yolunu bir həftəlik dəyişir

Avtoreyd 13 İyun 2016 17:10 Oxunub 1816
Sərnişinlərin diqqətinə - Bu avtobuslar yolunu bir həftəlik dəyişir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edib

Bakıda Formula 1 yarışları ilə əlaqədar sabahdan etibarən yollarda qoyulan məhdudiyyətlərlə bağlı həmin istiqamətlər üzrə marşrut avtobuslarının hərəkət xətlərində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Avtosferi.az-a verilən məlumata görə, Formula-1 üzrə Avropa Qran Pri yarışı ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində bu gün saat 00:00-dan etibarən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək.

Agentlik bildirir ki, Azadlıq meydanından başlayaraq A.Puşkin, Xaqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti və onunla bitişən, kəsişən yolayırıcları və yol qovşaqlarına məhdudiyyət tətbiq olunur: "Yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün nəqliyyat vasitələri cənub tərəfdən - Ələt-Astara-Salyan yolunun 14 km-dən 20-ci Sahə, Bayıl qəsəbəsi, Bayraq meydanı, eləcə də "Cavanşir" körpüsü ətrafından cənuba doğru gedən sürücülər isə alternativ variant olaraq, Afiyəddin Cəlilov-Yusif Səfərov, Yusif Səfərov-28 May küçələri kəsişməsindən, 10-cu Zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən, Səməd Vurğun və Bülbül küçələrinin Füzuli küçəsi ilə kəsişən hissəsində istiqamət dəyişilir. Biz də Formula-1 üzrə Avropa Qran Pri yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, "Avtomobilsiz 7 gün" devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır və ictimai nəqliyyatdan istifadəyə dəvət edirik".

BNA bəyan edir ki, məhdudiyyət qoyulan yollar üzrə 5-6-124-88-195-53 saylı marşrut xətlərində hərəkət edən avtobuslar qeyd olunan alternativ yollardan istifadə edəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh