Serxio Peres sürət qutusunun dəyişdirilməsinə görə 5 mövqe itirəcək
Avtoreyd
18 İyun 2016 18:48
Oxunub 1544
S.Peres III yürüşün sonunda Bakı trasının 15-ci döngəsində qəzaya uğrayaraq bolidinə güclü ziyan vurub
"Force India" komandasının pilotu Serxio Peres "Formula 1" Avropa Qran Prisinin startında sürət qutusunun dəyişdirilməsinə görə 5 mövqe itirəcək. Avtosfer.az trend-ə istinadən məlumatına görə, S.Peres III yürüşün sonunda Bakı trasının 15-ci döngəsində qəzaya uğrayaraq bolidinə güclü ziyan vurub. Sürət qutusunun dəyişdirilməsi cərimə tələb edir, belə ki, əvvəlki element müəyyən edilmiş sayda yürüşə tab gətirməyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR