Sosial şəbəkələr bu kadrlarla çalxalanır - Operator, yoxsa akrobat?- VİDEO

Müxtəlif vaxtlarda sosial şəbəkələrdə və videoportallarda toy karvanlarında müxtəlif sürücülərin təhlükəli manevrlər etməsi ilə bağlı görüntülər yayılır. Bu dəfə isə əksinə olub. Sürücü yox, avtomobil karvanını lentə alan operator öz akrobatik keyfiyyətlərini nümayiş etdirib. Təbii ki, bununla həm öz həyatını, həm də digərlərini təhlükəyə atır. Bəs görəsən, bu məsələ qanunvericiliklə necə tənzimlənir?
Videodan da göründüyü kimi, avtomobil hərəkətdə ola-ola operator yan şüşələrdən çıxaraq ayaqüstə dayanır. Bu yolla o toy karvanındakı digər avtomobilərin görüntülərini çəkir. Daha sonra heç nə olmamış kimi, geri qayıdır. Sosial şəbəkələrdə yayılan bu kadrlar toy karvanlarında təhlükəsizlik məsələsini gündəmə gətirir. Müşahidələr göstərir ki, əksər insanlar toy zamanı xüsusi manevrlər etməklə diqqətləri öz üzərilərinə çəkmək istəyirlər.
Baş Dövlət yol polisi idarəsinin icmaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə kadrdakı hal nə qədər təhlükəli olsa da, tətbiq edilə biləcək cərimənin miqdarı azdır.
Bəs görəsən sərnişinin kəmər taxmayaraq məsuliyyətsiz davranışına görə sürücünün cərimələnməsi doğrudurmu? Kamran Əliyevin sözlərinə görə belə hallar aşkar edildikdə dərhal qayda pozan şəxslər cəzalandırılacaq.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











