Sükan arxasında yuxuladı - Maşın uçdu – VİDEO

Rumıniyada olduqca qəribə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, sükan arxasında yuxulayan sürücü yüksək sürətlə dairəvi yola daxil olub və hərəkətini elə düz istiqamətdə də davam etdirib. Dairədəki beton arakəsməyə çırpılan avtomobil bir neçə metr havaya qalxdıqdan sonra təkərləri üstə yerə düşüb. Qəzadan dərhal sonra ayılan sürücü heç bir xəsarət almadan canını qurtara bilib. Nə baş verdiyini anlamayan sürücü maşından düşərək, ətrafa boylanıb. O əvvəlcə hansısa maşınla toqquşduğunu düşünüb. Lakin ətrafında başqa bir avtomobil görməyincə, olanları anlamağa çalışıb. Az sonra köməyə gələn ətrafdakı insanlar ona hadisəni dəqiqliyinə qədər təsvir ediblər. Sağ qaldığına görə sevinən sürücü maşının sıradan çıxmasına görə üzüldüyünü gizlətməyib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











