Sükanı uşağa tapşırıb təhlükə yaradan ata - VİDEO

Sükanı uşağa tapşırıb, özü sanki istirahət elədi. Çində daha bir valideynin hərəkətləri həmvətənlərinin etirazına səbəb olub. Övladı ilə birgə motosikletlə hərəkətdə olan çinli sükanı uşağa həvalə etməklə həm özünün, həm də azyaşlının həyatını təhlükəyə atıb. Həmin vaxt yolda hərəkətdə olan başqa bir avtomobildəki sərnişin tərəfindən mobil telefonla lentə alınan kadrlar mediaya sızan kimi ciddi rezonan yaradıb. Görüntüləri izləyən çinlilər məsuliyyətsiz valideyni tənqid atəşinə tutub. Sakinlər görüntülərdəki anti-qəhrəmanın yaxalanaraq cəzalandırılmasını tələb edirlər.
Artıq polislər motosiklet sürücüsünün axtarışına çıxıb. Həm özünün, həm övladının, eyni zamanda yolda hərəkətdə olan digər insanların həyatı üçün təhlükəyə yaradan şəxsin azadlıqdan məhrum ediləcəyi istisna edilmir. Bununla belə bir müddət əvvəl oxşar qalmaqala səbəb olan başqa bir vətəndaş polislər tərəfindən dindirildikdən sonra şifahi xəbərdarlıq edilərək evə buraxılmışdı.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











