Sumqayıtda reydlər davam edir - FOTO/VİDEO

Bu gün Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi xidmətinin əməkdaşları şəhər ərazisində reyd keçiriblər. Reyd zamanı müxtəlif qayda pozuntularına yol verən, eləcə də təyin olunmuş cərimələri və elektron protokollar üzrə ödəmələri etməyən sürücülər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, reyd zamanı sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmadan avtomobil idarə edən, qanunsuz olaraq sərnişin daşıyan, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən, qaydalara uyğun olmayan pərdə və plyonkalardan istifadə edən sürücülər aşkar edilib.
Ümumilikdə reyd zamanı 100-dən çox sürücü saxlanılıb. Onlardan 70-ə yaxını barəsində müvafiq qaydada protokol tərtib edilib. Protokol tərtib edilən sürücülərdən 20-si kobud qayda pozuntusuna yol verib. Daha 20 sürücünün avotomobili hərəkətdən uzaqlaşdırılaraq cərimə meydançasına aparılıb.
Həmçinin sürücülər arasında müxtəlif proflaktik söhbətlər aparılıb. Onlar qanunun tələblərinə riyaət etməyə və qaydaları pozmamağa çağrılıb.
Qeyd edək ki, bu cür reydlər mütamadi olaraq keçirilir və bundan sonra da davam edəcəkdir.
Avtosfer.az reyddən foto və videoları təqdim edir:
Orxan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO


















