Sürücü avtobusu 130-la sürdü - VİDEO

Şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücü avtobusu saatda 130 kilometr sürətlə idarə edir. Özü də içində sərnişinlər ola-ola. Avtosfer.az xəbər verir ki, görüntülər Gəncə-Yevlax yolunda avtobusun arxasından hərəkət edən minik maşınından çəkilib. Bakı-Qazax marşurtu üzrə hərəkət edən 85 CO 296 dövlət qeydiyyat nömrə nişanlı avtobusun sürücüsü sürət həddini aşır və yol hərəkəti qaydalarını pozur.
Bəs məsuliyyətsizliyinin nəticəsini düşünməyən bu sürücünü hansı cəza gözləyir? Yol hərəkəti haqqında qanuna görə, o, 50 manat və 2 cərimə balı ilə cəzalandırılmalıdır.
Məlum olub ki, həmin avtobus Bakı Beynəlxalaq Avtovağzalından Qazaxa hərəkət edib. Avtobusu idarə edən sürücü ''Uğurlu yol'' şirkəti ilə müqavilə əsasında çalışır. Ancaq şirkətin nümayəndəsi Əziz Əzizov iddialarla razılaşmayaraq bildirib ki, görüntülərdə avtobus deyildiyi sürətlə hərəkət etmir. Çünki avtobusların saatda 100 kilometr sürətdən artıq hərəkət etməsinə blok qoyulub.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











