Tər qoxusu, ayaq iyi, havasızlıq - Əksər avtobuslarda kondisioner yoxdur - VİDEO

Sərnişinlərin şikayəti kondisonersiz avtobuslardandır. Havaların istiləşməsi isə problem yenidən aktuallaşıb. Paytaxtdan bölgələrə hərəkət edən əksər avtobuslarda kondisioner yoxdur. Vəziyyət xüsusilə də gündüz uzaq yol gedən sərnişinləri narahat edir.
Sərnişinlərin sözlərinə görə, problem əsasən mikroavtobuslarda və orta tutumlu avtobuslarda özünü göstərir. Bu nəqliyyat vasitələrində açıla bilən pəncərələr də məhdud olduğundan səyahət də çətinləşir. Vəziyyət o həddə çatıb ki, kondisonerli nəqliyyat vasitələrinin sürücüləri müştəri cəlb etmək üçün bu xüsusiyyətindən istifadə edirlər.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilir ki, kondisioner problemi yalnız mikroavtobuslarda və orta tutumlu avtobuslarda mövcuddur. Bu nəqliyyat vasitələri də Bakı Beynəlxalq Avtovağzalı ilə müqavilə bağlamış şirkətlərə məxsusdur. Həmin sahibkarlarla danışıqlar aparılıb və yaxın vaxtlarda müasir tələblərə cavab verən avtobusların xəttə buraxılması barədə razılıq əldə olunub.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











