Texniki baxış qaydalarındakı dəyişikliyin İZAHI - VİDEO

Avtomobillərin texniki baxışa təqdim olunma qaydaları dəyişib. Avtosfer.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi əsasnamə”də dəyişikliklər edib. Əvvəlki qaydaya əsasən, texniki baxış zamanı avtomobillərdə nasazlıq aşkarlandıqda, həmin nasazlıqlar mütləq təminatlı texniki təmir sahəsində aradan qaldırılmalı idi. Yalnız bundan sonra avtomobil texniki baxışdan keçməsi barədə sənəd ala bilərdi. Ancaq yeni edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar istənilən təmir müəssisəsində aradan qaldırıla bilər.
Nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, bu qərar bəzi qeyri-müəyyənlikləri və sui-istifadə hallarınını aradan qaldıracaq.
Ekspert əlavə edir ki, sürücülər qərardan istifadə edib avtomobili istənilən adama təmir etdirməməlidirlər. Çünki avtomobilin texniki nasazlığı tam olaraq aradan qaldırılmazsa, bu, gələcəkdə xoşagəlməz halların və qəzaların baş verməsinə səbəb ola bilər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











