Banner

Toy karvanında ikitəkər qalxan «07» belə aşdı - VİDEO

Avtoreyd 6 Fevral 2016 01:17 Oxunub 2893
Toy karvanında ikitəkər qalxan «07» belə aşdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil aşaraq yolun ortasında bir neçə dövrə vurub

Sosial şəbəkələrdə toy karvanında baş vermiş avtomobil qəzasının videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, «VAZ-2107» markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək bir neçə dəfə təhlükəli şou göstərir. Əvvəlki cəhdləri uğurlu alınsa da, sonda maşını ikitəkər qaldırmaq sürücüyə baha başa gəlir. Belə ki, toy karvanın qarşısında gələn «07» aşaraq yolun ortasında bir neçə dövrə vurur. Videonun dəqiq tarixi və harada çəkildiyi barədə məlumat verilmir. Həmin görüntüləri təqdim edirik:

Son illər Azərbaycanda toy karvanlarında ağır qəzaların sayı artıb. Ötən həftə Ağdaşda nişan mərasimindən sonra bəy sərxoş halda qəza törədib və 5 nəfər ölüb.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh