Ünvana bildiriş gəlmir, amma maşın cərimə meydançasına aparılır - VİDEO

Sürücülər yol polisindən şikayətçidir. Səbəb yaşayış ünvanına qayda pozuntusu ilə bağlı protokolun gəlməməsinə rəğmən avtomobilin polislər tərəfindən zorla cərimə meydançasına aparılması, ya da buna cəhd edilməsidir. Qanunvericiliyə görə, xüsusi texnki vasitələrin köməyi ilə qayda pozuntusu qeydə alınıbsa, bu haqda sürücünün ünvanına məktub göndərilməldir. Bəzi hallarda məktub müəyyən səbəblərdən ünvana çatdırılmaya bilər. Yəni ünvanda kimsə olmaya bilər. Avtomobilin hansı halda cərimə meydançasına aparılması da qanunvericilikdə açıq aydın göstərilib. Qanunvericiliyin şərhindən belə aydın olur ki, yol polisi əməkdaşları ünvana məktub gəlmədən avtomobili cərimə meydançasına aparmaları, eləcə də buna cəhd etmələri tam qanunsuzdur. Birmənalı olaraq, protokolun kağız daşıyıcıda sürücüyə şəxsən ya da yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə çatdırılması şərtdir.
Bu zaman sual yaranır ki, yol hərəkəti qaydalarına əməl edilməsinə nəzarət etməli olan yol polisləri niyə qanunsuz yollara əl atırlar. Görünən odur ki, yol polisləri ya özlərini cəzasızlıq mühitində hiss edirlər, ya da düşünürlər ki, səlahiyyət varsa hər qanunsuzluğu etmək olar.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











