Uşağı sürüyən qorillanı öldürdülər - Zooparkda dəhşət anları - VİDEO
Avtoreyd
29 May 2016 15:24
Oxunub 44763
Zoopark əməkdaşları 10 dəqiqəlik gözləmədən sonra heyvanı güllələyərək öldürüb
ABŞ-ın Sinsinati şəhərində zooparkda meymunun qəfəsinə girən uşaq ağır xəsarət alıb. Lent.az-ın “Daily Mail”ə istinadən məlumatına görə, 4 yaşlı oğlan uşağı ehtiyatsızlıqdan 3,5 metr hündürlüklü meymun qəfəsinə daxil olub. Dərhal qəfəsdəki 3 qorilladan ikisi oradan kənarlaşdırılıb. Lakin onlardan ən böyüyünü bayıra çıxarmaq mümkün olmayıb və meymun uşağı sürüməyə başlayıb. Azyaşlının həyatı üçün ciddi təhlükənin yarandığını görən zoopark əməkdaşları 10 dəqiqəlik gözləmədən sonra heyvanı güllələyərək öldürüb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Onun ağır xəsarət aldığı bildirilir.
Qeyd edək ki, öldürülən “Harambe” adlı meymunun 17 yaşı olub. Onun çəkisinin 180 kiloqramdan ağır olduğu bildirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR