Uşağın gözü qarşısında atasını oğurladılar - Şok kadrlar

Uşağın qışqırtısına məhəl qoymayan quldurlar maşını sahibi ilə birlikdə qaçırırlar. 5 yaşlı oğlan maşının arxasınca qaçır, sonra ağlaya-ağlaya geri qayıdır. Milli.az Daily Mail-ə istinadən bildirir ki, olay Braziliyanın Ril de Janeyro şəhərində, Dudu di Kaşias səmtində yaşanıb. Ata-anasını görməyə gəlmiş 35 yaşlı Alehandro Martines maşını binanın qarşısında saxlayan kimi ora qara rəngli avtobil yaxınlaşıb. Həmin avtomobildən düşənlər Martinesi tapançalarla hədələyiblər və maşının açarlarını ondan alıblar. Daha sonra quldurlar Martinesi də maşına oturdaraq aradan çıxıblar. 5 yaşlı Fernandu bunları görüb. O, atasının zorla maşına otuzdurulduğu görəndə qorxub, ağlamağa başlayıb. Maşın yerindən tərpənəndə isə Fernandu avtomobilin arxasınca qaçmağa başlayıb. Sonra o, geri qayıdıb. Uşağı qonşu görüb, babasının yanına aparıb. Alehandro Martines ertəsi gün Rio de Janeyronun şimalındakı Mare favelasında, ağır xəsarətlər alaraq yaralanmış halda tapılıb. Braziliyada belə maşın qaçırılması adi haldır. Quldurlar qaçırdıqları maşınlardan cinayətlərində istifadə edir, sonra atıb gedirlər.






Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











