Xaçmazda reyd: 58 sürücü cərimələndi - VİDEO
Avtoreyd 21 Avqust 2017 15:45 Oxunub 847
Xaçmazda reyd: 58 sürücü cərimələndi - VİDEO
Əvvəlki illərdən fərqli olaraq sərxoş sürücülərə az rast gəlinib.

Həftə sonu Xaçmaz rayonunda Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyddə 58 sürücünü saxlanılıb. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, reyd keçirilən zaman müxtəlif qayda pozuntuları qeydə alınıb.

Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd  zamanı sürücülərin sərxoş olub-olmadığını müəyyələşdirmək məqsədilə onlar həkim müayinəsindən keçirilib. Əvvəlki illərdən fərqli olaraq sərxoş sürücülərə az rast gəlinib.

Reydlər mütəmadi olaraq davam edəcək.

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh